Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Allergiya xəstələrinin həyatı təhlükədədir

Yanvar 01
14:41 2015

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, bu yaxınlarda həyata keçirilən araşdırma nəticəsində, astmadan və kəskin allergiyalardan əziyyət çəkən şəxslərin öz tibbi cihazlarından düzgün istifadə edə bilməməsinin faciəvi nəticələr verdiyi məlum olub.

Hər hansı bir şəxsdə həyati təhlükəli allergik reaksiya baş verən zaman yalnız 16% insan adrenalin inyektorundan necə istifadə etməyi bilir.

Araşdırma zamanı anafilaksiyanın – həyati təhlükəli allergik reaksiyanın geniş vüsət aldığı üzə çıxıb.
Araşdırmanın müəlliflərindən biri olan doktor Asiya Qazi bildirib: “Bizə anafilaktik reaksiya keçirən bir xəstə zəng vurub dedi ki, adrenalin inyektorunu necə istifadə etməyi unudub. Odur ki, biz xəstələrə bu cihazlardan düzgün istifadə etməyə nəyin mane olduğunu araşdırmaq istədik. Adrenalin inyeksiyası vasitəsilə insanın həyatını xilas etmək olar”.

Adrenalini düzgün şəkildə əzələ daxilinə yeritmək reaksiyanın qarşısını ala və insanların həyatını xilas edə bilər. Lakin inyeksiyanı doğru şəkildə etməyi çox az insan bacarır.

Adrenalin inyeksiyasından istifadə edərkən ən çox yol verilən səhv, onu yerində ən az 10 saniyə ərzində saxlamamaqdır. Bundan əlavə, çoxları cihazın iynəsini bud nahiyəsinə yeritmək və inyeksiyanın əzələ daxilinə yeriməsi üçün cihaza kifayət qədər təzyiq göstərməyin lazım olduğundan xəbərsizdir.

Araşdırmanın nəticələri “Allergiya, astma və immunologiya salnamələri” jurnalında nəşr edilib.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930