Alman jurnalı: Mikrodalğalı sobada isidilən yemək ziyanlıdırmı?
4. 828 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən deyir ki, bir çoxlarının zənninə görə, mikrodalğalı soba ilə qızdırılan yeməyin səhhətə ziyanı var və onun elektromaqnit şüaları yeməkdə xərçəng xəstəliyinə səbəb olan maddələr yaradır. Bu doğrudur, yoxsa insanların beynində olan yalnız bir zənndir? Bu cihazda bişirilməsi məsləhət görülən müəyyən yeməklər varmı?
Almaniyanın “D.W” jurnalının yazdığına görə, 1989-cu ildə isveçrəli qida tədqiqatçısı Hertelin araşdıraraq mikrodalğalı sobanın öldürücü bir tələ olduğunu deməsindən sonra insanlar zənn edirlər ki, elektromaqnit dalğaları ilə qızdırılan yeməyin insan səhhətinə ziyanı vardır.
Hertel bildirmişdir ki, bu cihazda qızdırılan yeməyi yedikdən sonra bədəndə olan qan hemoqlobinin və xolesterinin səviyyəsi mənfi təsirə məruz qalır. Lakin bu iddianın indiyə qədər doğruluğu sübut olunmamış və elmi cəhətdən də dəqiqləşməmişdir.
Həmçinin işlə bağlı şirkətlər də bu müddəanı inkar edib. Çünki o iddianın düzgünlüyü üçüncü şəxs tərəfindən sübut olunmadığı üçün onun öz istehsallarına zərər vurduğunu hesab edərək məhkəmələrdə həmin qida mütəxəssisinə qarşı iddialar irəli sürmüşlər. Həmçinin bu zənnlərin yayılmasına digər bir tərəfdən Rusiyanın 1970-ci illərin ortasında həmin elektrodalğalı sobanı qadağan etməsi olub. Lakin o da bir müddət sonra həmin qadağanı ləğv edib.
Əsas olanı qidadır, mikrodalğalı soba deyil
Elektrodalğalı sobanın təhlükəsi varmı? Həqiqətdə isə qidanı qızdıran bu alətin heç bir təhlükəsi və xərçəngə səbəb olan maddələr yaratması ilə heç bir əlaqəsi yoxdur. Lakin insana vacib olanı onun qida dəyəri az olan və mikrodalğalı sobada qızdırılan bu cür hazır yeməklərə kamil şəkildə etimad etməməsidir. Hərdən yeyilməsində isə heç bir təhlükə yoxdur. Çünki Almaniya Səhiyyə Nazirliyinin dediyinə görə, tam olaraq hazır yeməklərə etimad etmək insan çəkisini artırır, qarın piylərini çoxaldır və bununla da ürək xəstəliklərinə tutulma ehtimalı da artmış olur. Lakin bu da bir şəxsdən başqasına nisbətdə dəyişir.
Yemək qızdırmaq üçün istifadə edilən mikrodalğalı sobadan 1947-ci ildən isitafədə edilmişdir. Onun iş qaydası belədir. Elektromaqnit dalğalarının enerjisi yeməyin hissəciklərini hərəkətə gətirir və hissəciklərin bir-birilərinə sürtünməsi nəticəsilə istilik yaranır və bununla da cihazın öz qabı deyil, qida maddələri qızmağa başlayır.
Mikrodalğalı sobada sağlam qidalar da hazırlamaq mümkündür ki, bununla da vaxt əldə edilər və həmçinin kaloridən və artıq yağlardan az istifadə edilmiş olar. Belə reseptlərdən bəzilərini misal gətirək:
Yumurta: Tələbə uyğun olaraq yumurta ədviyyatlarla qarışdırılır və yalnız bir dəqiqə müddətində mikrodalğalı sobanın içində saxlanılır. Bu qida səhər tezdən yeyilərsə, gün boyu insan bədəninə enerji vermiş olar.
Dənli süd: Xırda yulaf dənələrini südün içinə tökərək bir və ya iki dəqiqə sobanın içində saxladıqdan sonra üzərinə darçın və şəkər əlavə edilir və bununla da sağlam qidalı səhər yeməyi hazır olur.
Mini pizza: Tələsənlər nahar yeməyini hazırlamaq üçün yağda qızardılmış hazır kartofu (çips) qaba qoyaraq üzərinə vəzəri göyərtisi, pizza sousu və mozzarella pendiri əlavə edilir və bir dəqiqə müddətində sobada saxlanılır. Bu zaman yalnız pendirin üst qatda olması üçün onu incə tökmək lazımdır. Əks halda, yemək artıq əlavə edilən pendirlə qarışacaqdır.
Dondurulmuş bitkilərin donunu açmaq: Göyərtini bişirməyə başlamadan öncə onun üzərinə yapışmış buzları mikrodalğalı sobada əritmək problem deyildir. Araşdırmalara görə, sağlamlıq cəhətdən dondurulmuş göyərtilər yeni və tər göyərtilərdən daha yaxşıdır. Çünki bitkilər donan zaman vitaminlər onun tərkibində daha yaxşı qorunur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)