AMEA Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü oldu
1. 112 dəfə baxılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universitetinin nəzdində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, İslam Əlyazmaları Assosiasiyası İslam əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Böyük Britaniyanın Kembric şəhərində fəaliyyət göstərən təşkilat İslam əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranıb.
Assosiasiyanın dünyanın 25 ölkəsindən (Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan,Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” (Qurani-Kərim, “Nəhl” surəsi, 43-cü ayə)