Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ana südü ilə qidalanan uşaqların intellekti daha yüksəkdir

Mart 20
19:13 2015

“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, alimlər daha uzun müddət ana südü ilə qidalanmış körpələrin intellekt əmsalının (IQ) daha yüksək olduğunu iddia edir.

Təqribən, 3500 yeni doğulmuş körpənin 30 il ərzində iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən, həyatının ilk bir ili ərzində ana südü ilə qidalandırılmış körpələr bunun faydasından həyatı boyunca bəhrələnir.

Araşdırmanın aparıcı alimi, Braziliyanın Pelotas Federal Universitetinin professoru Doktor Bernardo Lessa Horta deyir: “Uzun müddət ana südü ilə qidalandırılma, nəinki həyatın ən az ilk 30 ilinə qədər intellekti gücləndirir, həmçinin təhsil səviyyəsinin və qavrama bacarığını yüksəltməklə fərdi və ictimai səviyyədə təsirə malikdir. Bu araşdırmanın xüsusiliyi ondadır ki, araşdırma apardığımız ali təhsilli, yüksək gəlirə malik qadınlar arasında südəmizdirmə geniş yayılmamışdı, sosial təbəqədə isə bərabər şəkildə yayılmışdır”.

Ana südü ən yaxşı qidadır

Yeni araşdırma nəticəsində, həmçinin ana südü ilə qidalanmanın daha çox gəlir əldə etməyə, yüksək intellektə və təhsilə daha çox zaman ayırmağa səbəb olduğu məlum olmuşdur. Doktor Hortanın araşdırma komandası 1982-ci ildə Braziliyanın Pelotas şəhərində doğulmuş, təqribən 6000 körpədən əldə edilmiş məlumatları təhlil etmişdir. Südəmizdirmə barədə məlumatları araşdırma iştirakçıları hələ körpə ikən toplanmışdır. 30 yaşa çatdıqda iştirakçılara IQ testi təqdim edilmiş, lakin iştirak edənlərin yarısından bir az çoxundan südəmizdirmə, təhsildə nəaliyyətlər və gəlirləri barədə məlumatlar toplanmışdır.

Araşdırma nəticəsində ana südü ilə qidalandırılan bütün uşaqların yüksək intellektə sahib olduğu, məktəbdə nəaliyyətlər qazandığı və böyüdükdən sonra daha çox gəlir əldə etməyə nail olduqları üzə çıxmışdır. Bu barədə hesabat “The Lancet Global Health” jurnalında nəşr edilmişdir. Nəticə etibarilə, uşaqlar nə qədər çox ana südü ilə qidalanıblarsa, nəaliyyətlərin səviyyəsi də bir o qədər çox olub.

Əvvəllər həyata keçirilmiş araşdırmalarda ana südünün körpələri mədə nasazlıqlarından, tənəffüs yolları infeksiyaları, astma və allergiyalardan qoruduğu və böyüdükdən sonra da çoxsaylı faydalarla nəticələndiyi üzə çıxarılmışdı.

Yeni ana olmuş qadınlara isə südvermə əlavə çəkilərindən daha tez qurtulmağa kömək edir. Qadınları mağaza kuponları qarşılığında körpələrinə süd verməyə təşviq edən mübahisəli layihə də daxil olmaqla, yeni araşdırma Britaniyada ana südünün təşviq edilməsinə dəstək olub.
Hal-hazırda Birləşmiş Krallıqda 4 qadından biri körpəsini ana südü ilə qidalandırmağa səy göstərmir – bu, dünyada ən aşağı əmsaldır – və Birləşmiş Krallıqda çox az sayda qadın uşaqlarını uzun müddət ana südü ilə qidalandırır. 2%-dən də az körpələr 6 ayına qədər yalnız ana südü ilə qidalandırılır.

Bir aydan da az ana südü ilə qidalandırılmış körpələrlə müqayisədə, ən az bir il ana südü ilə qidalandırılmış körpələr böyüdükdən sonra IQ testi üzrə mümkün 4 balı toplayıb, təhsilə daha əlavə 1 il sərf edib və hal-hazırda daha çox – 30 yaşda orta gəlir səviyyəsinin 1/3-nə bərabər məbləğdə pul qazanır. Doktor Horta deyib: “Ana südünün intellektə faydalı təsirlərinin altında yatan mexanizm çox güman ki, ana südünün tərkibində olan, beynin inkişafı üçün həyati əhəmiyyətə malik uzun zəncirli doymuş yağ turşularının (DHA) olmasındadır. Ana südü ilə uzun müddət qidalandırılmanın böyük yaşda IQ səviyyəsi ilə müsbət şəkildə əlaqəli olması ilə bağlı tapıntılarımız, həmçinin içilmiş ana südünün miqdarının da böyük rol oynadığını göstərir”.

Royal College of Midwives kollecinin peşəkar məsləhətçisi Canet Fayl deyib: “Bu maraqlı araşdırma bizim ana südünün yetişkin dövrdə də davam edən faydaları barədə bildiklərimizə əlavədir. Bu, fərdin gələcək səhhətinin və rifahının mühüm göstəricilərindən biridir və məhz buna görə səhiyyə xidmətləri yeni analara körpələrini uzun müddət ana südü ilə qidalandırmağa təşviq etmək üçün, onlara daha yaxşı dəstək verməklə, analıq məzuniyyətini diqqətə almaqla və qadınların daim öz körpələrini ana südü ilə qidalandırmasına imkan verən qanunvericilik bazasının gücləndirilməsi ilə bu istiqamətdə böyük səylər göstərməlidirlər”.

“Ana südü ilə qidalandırma hər bir fərdin gələcək səhhətinin və rifahının əsasını təşkil edir və xəstəliklərə sərf edilən xərclərin azaldılması yönündə cəmiyyət üçün böyük faydalara səbəbdir. Bu, həmçinin doğuşsonrası dəstəyin və qadınlara südverməni həyata keçirməyə və davam etməyə kömək edən mütəxəssislərin vacibliyini vurğulayır”, – deyərək sözlərinə əlavə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!” (Qurani-Kərim, “əl-Bəqərə” surəsi, 233-cü ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930