Androidin bizə məlum olmayan 18 xassəsi
1. 099 dəfə baxılıb
“Sələf Xəbər” ensonhaber.com saytına istinadən xəbər verir ki, texnologiyanın inkişafı ilə həyatımızın az qala bütün sahələrinə nüfuz etmiş ağıllı telefonların bilinməyən xassələri ortaya çıxıb.
Android əməliyyat sisteminə malik telefonların gizli qısa yol əməliyyatları aşağıdakılardır:
Əvvəlcə GalaxyS5 və ya GalaxyNote 3 ilə zəng etmə ekranında *#0*# yazın. Daha sonra ekrana çıxacaq görüntü sizi çaşdıracaq. İndi bu ekranda hansı əməliyyatları yerinə yetirə biləcəyinizi sadalayaq.
Telefonun sınaq mərhələsində istifadə olunan bu şifrələrlə, məsələn “Red” düyməsinə basaraq ekranı qırmızı edə bilərsiniz.
“Vibration” düyməsi telefonunuzu titrəşim vəziyyətinə salır.
“LED” düyməsinə basdıqda, telefonunuzun LED işığı yanır və fərqli rənglərə keçə bilərsiniz.
“Touch” düyməsinə toxunduqda telefonun sensor örtüyünün həssaslığını görə bilərsiniz (digərlərindən fərqli olaraq, bu menyudan çıxmaq üçün, bütün damaları yaşıl rəngə boyamalısınız).
“Speaker” düyməsini basaraq telefonunuzun səs keyfiyyətini ölçə bilərsiniz.
“MegaCam” ilə kameranızı aça bilərsiniz.
Bu düymələrdən hər hansı birinə basdıqdan sonra geri qayıtmaq istəsəniz, yenidən ekrana toxunmağınız kifayətdir.
Bilinməyən digər xassələr
1) IMEI nömrəsini görüntüləmək üçün: *#06#
2) RAM yaddaş versiyasını görüntüləmək üçün: *#*#3264#*#*
3) FTA SW görüntüləmək üçün: *#*#1111#*#*
4) FTA HW görüntüləmək üçün: *#*#2222#*#*
5) Sensorlu ekranı görüntüləmək üçün: *#*#2663#*#*
6) Xidmət rejimini aktiv etmək üçün: *#*#197328640#*#*
7) Sahə testi üçün: *#*#7262626#*#*
8) Telefonu formatlamaq üçün: *2767*3855#
9) Fabrik nizamlarına geri qayıtmaq üçün: *#*#7780#*#*
10) Xidmət rejimini aktiv etmək üçün: *#*#197328640#*#* və ya *#0*#
11) Software və Hardware barədə məlumatları görmək üçün: *#12580*369#
12) Titrəşim (vibrasiya) və arxa işıq testi: *#*#0842#*#*
13) Təfsilatlı kamera məlumatlarını görmək üçün: *#*#34971539#*#*
14) Sistem gözləmə rejimində: *#9900#
15) Səsi test etmək üçün: *#*#0289#*#* və ya *#*#0673#*#*
16) LCD Display testi: *#*#0*#*#*
17) Wifi test etmək üçün: *#*#232339#*#* və ya *#*#528#*#* və ya *#*#526#*#*
18) Telefonun bloklama vəziyyətini görmək üçün: *#7465625#