“Apple” 80 milyon “iPhone” sifarişi aldı
1. 088 dəfə baxılıb
Avropa.info ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ korporasiyası “iPhone”nin son modelinin – “iPhone 6” smartfonunu cari ilin sonunda və ya 2015-ci ilin yanvar ayında satışa çıxaracaq. Xatırladaq ki, “iPhone 6”-nın satışa çıxarılması sentyabr ayına planlaşdırılmışdı.
Gecikmənin əsas səbəbi kifayət qədər smartfon istehsal edilməməsi ilə bağlıdır. 2012-ci ildə korporasiya “iPhone 5”i ilk dəfə satışa çıxaranda qısa müddət ərzində istehsal olunmuş smartfonlar satılıb və anbarlarda boşluq yaranıb. Bu problemin təkrar olunmaması üçün “Apple” korporasiyası “iPhone 6”nın satışa çıxarılması müddətini uzadır.
Bu modelin istehsalından daha çox gəlir götürməyə ümid edən “Chine Mobile” şirkəti artıq ilin sonunadək 70-80 milyon arasında “iPhone6” sifariş edib.
Qeyd edək ki, ötən ildə “iPhone 5S” və 5C dünyanın 35 ölkəsində ən çox satılan (50-60 milyon arasında) smartfon olub.