Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Apple şirkətinə sutkada 4 milyon telefon sifarişi gəlib

Sentyabr 19
17:13 2014

“Sələf Xəbər” Huffington Post qəzetinə istinadən bildirir ki, iPhone 6 modelinin möhtəşəm bir telefon olduğu güman edilir. Bu fikirlə 4 milyon insan razıdır. Apple şirkəti yeni buraxılacaq modelin təqdimatından sonra cəmi 24 saat ərzində 4 milyon sifariş qəbul etdiyini bəyan edib.

Əgər sifarişlərin təqribən yarısının iPhone 6 Plus, yarısının isə iPhone 6 üçün edildiyini nəzərə alsaq, bu, uzunluğu 592 km olan bir ərazini örtməyə kifayət edər. Bu isə 43 min kvadrat metr deməkdir.

Bu, həmçinin eyni vaxt ərzində iPhone 5 üçün edilmiş sifarişlərdən 2 dəfə çoxdur.
“iPhone 6 və iPhone 6 Plus hər mənada daha üstündürlər və biz sevinirik ki, müştərilər də onları bizim qədər sevir”, Apple şirkətinin icraçı direktoru Tim Kuk bildirib.

“iPhone 6 və iPhone 6 Plus üçün sifarişlər Apple şirkəti üçün yeni rekord müəyyən edib və biz bu cümə günündən başlayaraq ən yaxşı iPhone modellərimizin müştərilərin istifadəsinə veriləcəyini səbirsizliklə gözləyirik.”, o, sözlərinə əlavə edib.

Yeni modellərin sentyabr ayının 19-na qədər satışa çıxarılmayacağı nəzərdə tutulmuşdu. Lakin bəzi mağazalarda bu modellər artıq satılıb.

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031