Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Apple” yeni smartfonlarını təqdim edib

Sentyabr 10
23:32 2014

“Apple” şirkəti bu gün öz yeni smartfonlarını təqdim edib. Smartfonlar “iPhone 6” və “iPhone 6 Plus” adlanır və görünüş baxımından sələflərindən çox nazikdirlər.

Ekranların təsvir ölçüsü retina “HD” adlanır. Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. “iPhone 6
Plus” smartfonu üçün ekranın təsvir ölçüsü 1920×1080 düym (1080p və ya Full HD), “iPhone 6” cihazında isə 1334×750 nöqtə təşkil edir.

“iPhone 6” smartfonunun qalınlığı 6,9 mm, “iPhone 6 Plus”-da isə 7,1 mm-dir. Qeyd edək ki, hər iki qurğu “iPhone 5S”-dən daha nazikdir.

“iPhone 6” smartfonuna 64 bitlik “A8” prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25 faiz daha məhsuldardır. Yeri gəlmişkən qeyd edək ki, yeni smartfonlarda qrafikanın emalı da 50 faiz yaxşılaşdırılıb.

“Wi-Fi” şəbəkəsində iş zamanı avtonom iş vaxtı 10, video izləyərkən isə 14 saatadək müddəti əhatə edir. Müqayisə üçün xatırladaq ki, “iPhone 5S”-də video izləyərkən avtonom iş vaxtı 10 saat olub. Yeni smartfonlarda soprosessor da yenilənib. Belə ki, M8 artıq şaquli səthdə, məsələn, nərdivan üzrə hərəkəti izləyə bilir.

Əsas kamera 8 meqapiksel qalsa da, “iSight” sensoru yenilənib.

“Apple” şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şıller hesab edir ki, “iPhone” smartfonu dünyanın ən məşhur videokamerası olacaq. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə şəkil çəkmək imkanı ilə təchiz edilib. Yeni “iPhone” smartfonları “iOS 8” platforması ilə işləyəcək. Məlumat üçün bildirək ki, artıq sentyabrın 17-dən “iOS 8” platformasını yükləmək mümkün olacaq.

İlk dəfə “iPhone” smartfonları 128 QB-lıq versiyada əlçatan olacaq. Beləliklə, “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının 16, 64 və 128 QB-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları satışa çıxarılacaq.

Digər xəbərlər

ARXİV

Mart 2019
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031