Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Araşdırma: Sən demə, siqaretin ölüm riski təsəvvür edildiyindən çoxdur!

Fevral 16
15:54 2015

“Sələf Xəbər” “ər-Riyad” qəzetinə istinadən xəbər verir ki, yeni araşdırma əvvəllər zənn edildiyi kimi siqaretin 60 və 120 min arası amerikalının ölümünə səbəb olmasını deyil, 181377 nəfərin öldüyünü təsdiqləyib.

İndiyə qədər şəkər xəstəliyi, xərçəngin 12 növü və ürək-damar xəstəliklərinin 6 növü daxil olmaqla, ümumilikdə, 21 xəstəliklə siqaret arasında bağlılığın olduğu sübut olunub. “The New England Journal of Medicine” jurnalında dərc olunan bu mövzuya daha da geniş yer verilib. “Reuters Health” araşdırmasında iştirak edən Eric Jacobs deyib: “Siqaretin siyahıda yazılandan da daha çox xəstəliyə səbəb olması barədə bilmək üçün maraqlanırdıq. Sözsüz ki, bunun bəzilərini əldə edə bildik. Belə ki, siqaret çəkənlər arasında ölüm hallarının 17 faizinin baş həkimin (ən böyük dövlət həkiminin) siyahısında olmaması məni dəhşətə gətirdi”.

O, həmçinin deyib ki, əgər bu nəticələr ölkələr müstəvisində tətbiq olunarsa, əvvəllər ölüm halları ilə siqaret arasında bağlılığının olmadığı deyilən xəstəliklər qrip və ciyər xəstəlikləri səbəbilə olan ölüm hallarından daha çox olar. Hətta, bu araşdırmaya görə, hər il siqaret səbəbilə 480 min amerikalı vəfat edir. Tədqiqatçılar kəşf ediblər ki, həqiqətən də, siqaretdən əl çəkməklə sağlamlığa qarşı olan risklər azalmağa başlayır.

Araşdırmalara görə, siqaret çəkən insan siqaret çəkməyəndən daha tez vəfat edir və bu, həqiqətən də, belədir. Həmçinin, tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, siqaret çəkmək böyrək çatışmamazlığı və bir çox tənəffüs xəstəliklərindən yaranan ölüm riskini ikiqat artırır. O cümlədən, siqaret çəkmək qan dövranının azalması ilə mədənin əziyyətinə səbəb olan bağırsaq-qan çatışmazlığını altı dəfə artırır. Yoluxucu xəstəliklərdən ölüm riski siqaret çəkənlər arasında 2.3, siroz xəstəliyindən isə 3.1 dəfə artıq olur.

Siqaret çəkən qadınlar arasında sinə xərçəngindən ölüm halları 30%, prostat xərçəngindən olan ölüm halları isə 40%-ə qalxıb. Bir çox hallarda isə xəstələr nə qədər çox siqaret çəkərlərsə, onların ölüm riskləri də o qədər çox artmış olur. Amerikanın Xərçəng Cəmiyyətinin Epidemiologiya və narkotik şöbəsinin müdiri Jakobs deyib: “Siqaretin öldürücü olması təəccüblü deyil. Biz bunu bir neçə illərdir bilirik. Mühüm olanı insanların ölüm hallarına siqaretin bütövlükdə təsirini dərk etmələridir. Ona görə də siqaretlə mübarizə bizim milli prioritetimiz olmalıdır”.

Vaşinqton Universitetinin professoru Graham Koldis deyir ki, ABŞ-da siqaret çəkmək adəti kasıb və az oxumuş təbəqə arasında daha çox yayılıb.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir. İnsana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam, insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Siqaret və qəlyan da, həmçinin, bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaret çəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaret çəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur, bu da başqa günaha – israfçılığa səbəb olur.

XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmək İslamda qadağandır. Uca Allahın sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə) Peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin, israfçılığı da qadağan edib.

Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur və hətta, siqaret çəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə, o, özünü həlaka məhkum edir. Həmçinin, siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı, Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930