Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Atmosferə buraxılan tullantıların həcmi rekord səviyyəyə çatır

Sentyabr 23
18:15 2014

“Sələf Xəbər” İctnews-a istinadən “Global Carbon Project” layihəsi iştirakçılarının atmosferə karbon qazı tullantılarının buraxılması barədə yaydığı məlumatı təqdim edir.

Məlumatlarda deyilir ki, karbon qazı tullantılarının atmosferə buraxılması qlobal istiləşmənin başlıca problemidir. Bu hal 2014-cü ildə artmaqda davam edəcək. Belə ki, bu il karbon qazı tullantıları rekord həcmə – 40 milyard tona çatacaq.

Bəşəriyyət üçün qalan CO2 tullantılarının həcmi artıq bir nəsil ərzində tükənə bilər.

Qlobal karbon büdcəsinin son variantında (Global Carbon Budget) qeyd olunub ki, Yerin iqlim sisteminin orta temperaturunun artımını Selsi üzrə 2 dərəcə səviyyəsində (66 faizlik ehtimalla) saxlamaq üçün gələcək bütün CO2 tullantılarının həcmi 1200 milyard ton təşkil etməlidir.

Tullantıların hazırkı səviyyəsində bu qalıq artıq 30 il ərzində tükənəcək (insanlar tərəfindən bunun üçdə iki hissəsi artıq istifadə olunub). Bunun baş verməməsi üçün bəşəriyyətin malik olduğu qazıntı yanacaq ehtiyatlarının 50 faizi toxunulmaz qalmalı və ya geniş miqyasda CO2-nin torpaq altında ehtiyatının toplanması üçün yeni texnologiyalar tətbiq edilməlidir.

2014-cü ildə karbon qazı tullantıları (qazıntı yanacaq növlərinin yandırılmasından) 2013-cü illə müqayisədə 2,5 faiz, 1990-cı illə müqayisədə 65 faiz (Kiot protokolunun hesablanması vaxtı) artacaq. CO2-ni atmosferə daha çox Çin, ABŞ, Avropa İttifaqı və Hindistan (qlobal emissiyanın 58 faizi) buraxır. 2013-cü ildə onlar arasında tullantıların həcmini yalnız Avropa İttifaqı azaldıb (1,8 faiz).

CO2 tullantılarının əsas mənbəyi qazıntı yanacağının yandırılması, eləcə də sement istehsalı və meşələrin qırılması olaraq qalır.

Bu mövzunun BMT-nin himayədarlığı ilə bu gün Nyu-Yorkda keçiriləcək iqlim sammitində dünya liderlərinin müzakirə edəcəkləri gözlənilir.

 Sələf Xəbər: Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930