Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Automatic Call Recorder vasitəsilə smartfonda söhbətlər qeydə alınır

May 21
13:10 2015

Bəzən telefon danışıqlarının məzmununu bərpa etmək lazım olur. Android əməliyyat sistemi üçün belə bir şey nəzərdə tutulmayıb.
Bu məqalədə fon rejimində bütün daxil olan və çıxan zəngləri qeyd edən bir program haqqında danışacağıq.

Telefon söhbətlərinin yazısının funksiyasna tələbatın böyük olmasına baxmayaraq Android əməliyyat sistemində bu funksiya yoxdur. Bu onunla izah olunur ki, çox ölkələrdə danışığının xəbərsiz yazısı qeyri-qanunidir.
“Sələf Xəbər” Lifehacker.ru saytına istinaden xəbər verir ki, artıq bu imkan Automatic Call Recorder adlanan proqramla mümkündür.

Programı işə saldıqdan sonra start ekranı çıxacaq. Burda siz tərtibatın mövzusunu seçə və əgər buludda yazıları saxlamaq tələb olunursa öz Google Drive və ya Dropbox hesabınızı qoşa biləcəksiniz.

Bunları etdikdən sonra programi çevirib rahatlıqla öz işlərinizlə məşğul ola bilərsiniz. Bu program fon rejimində daxil olan və çıxan zəngləri gözləyəcək. Bu haqda sizə smartfonun vəziyyəti barədə yazılan sətirdə qırmızı nöqtə xəbər verəcək. Danışıq bitdikdən sonra səsin müvəffəqiyyətlə yazılması barədə xəbərdarlıq gələcək. Elə buradaca siz qeydlər də əlavə edə bilərsiniz.

Bütün yazılar Automatic Call Recorder proqramının “Daxil olanlar” bölməsinə düşür. Burada onları dinləmək, qeydləri redaktə etmək, silmək və ya sonrakı istifadə üçün proqramın arxivində saxlamaq olar.

“Daxil olanlar” qovluğunda son 40 zəng saxlanılır, amma siz bu parametri kökləmələrdə dəyişə bilərsiniz. Burada siz audiofaylların formatını seçə, danışıqları qeyd olunmayacaq abunəçilərin siyahısını göstərə və fayllari saxlamaq üçün qovluq seçə bilərsiniz.

Automatic Call Recorder proqramı pulsuzdur, amma Pro-versiyası da vardır ki, programın işinə həlledici təsir göstərməyən bir neçə əlavə funksiyası olur.

Sələf Xəbər: Uca Allah buyurur: “Mərhəmətli (Allah) Quranı öyrətdi, insanı yaratdı, ona danışmağı öyrətdi.” (Qurani-Kərim, “Rahmən” surəsi, 1-4-cü ayələr)

“Rəbb insanı gözəl simada xəlq etdi, onun bədəninin hissələrini mükəmməl yaratdı, bütövlükdə isə orqanizmini – güclü və nöqsansız etdi. O (Pak və Müqəddəs), onun bədənini zəruri olan şeylərlə təmin etdi, onu başqa canlı məxluqlardan, öz fikrini ifadə edə bilməsi ilə ucaltdı. Bu təkcə danışıq qabiliyyətinə deyil, həm də yazmağa da aiddir. Yazmaq və oxumaq qabiliyyəti – Allahın insana bəxş etdiyi ən böyük nemətlərindən biridir və onların sayəsində o, digər məxluqların arasında xüsusilə fərqlənir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930