Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avrasiya tunelindən ilk görüntülər – FOTO

May 28
15:10 2015

Göztəpə-Kazlıçeşme arasındakı məsafəni 100 dəqiqədən 15 dəqiqəyə endirəcək Avrasiya tunelində 3.340 metrlik qazıntı işlərinin başa çatmasına 820 metr qalıb. İşlər nəzərdə tutulduğundan daha sürətli getdiyi üçün açılış tarixi dəyişdirilib. Tunel 2016-cı ilin dekabr ayında istifadəyə veriləcək.

1 milyard 245 milyon dollar investisiya məbləği ilə layihəni alan ATAŞ, 55 ay yatırım müddəti olan və 24 il 5 ay işlədəcəyi tuneli müqaviləyə əsasən 2017-ci ilin avqust ayında təslim etməli idi.

“Sələf Xəbər”in Haber7.com-a istinadən məlumatına görə, ATAŞ-ın rəis müavini Mustafa Tanrıverdi, layihəni verilən tarixdən 7 ay əvvəl 2016-cı ilin dekabr ayında istismara verəcəklərini bildirib. Tanrıverdi, layihəyə başlamazdan əvvəl çətin bir maliyyələşdirmə prosesindən keçdiklərini söyləyib.

Şirkət rəsmisi deyib: “Tunel daxilində baş verəcək hər növ qəzaya qarşı təhlükəsizliyi təmin edəcək senarilər hazırlanıb. Mərtəbələrin birində gözlənilməyən bir hadisə baş verdiyi vaxt 200 metrdən bir olan keçirməyən təxliyə qapıları ilə digər mərtəbəyə keçiləcək. Tunelə bir it girərsə nə ediləcəyindən tutmuş, zəncirvari qəzada necə davranılacağa qədər bütün senarilər hazırdır. Tunel daxilində xeyli sayda ventilyasiya nasosu yerləşdirilib ki, yanğın zamanı tunelə təmiz hava vurmaq üçün daim hazır olacaq”.

Ekoloji və sosial baxımdan çox həssas işlər gördüklərini vurğulayan Mustafa Tanrıverdi layihə marşrutundakı ağaclar kəsilmədən əvvəl üzərindəki quş yuvalarını köçürdüklərindən, kəsilən ağacların yerinə yenilərini əkərkən ziyan verməsin deyə mütəxəssislərlə mütəmadi müzakirə etdiklərindən danışıb. Türkiyədə ilk dəfə olaraq ÇSED (Ətraf Mühit və Sosial Təsiri Qiymətləndirmə Əsasnaməsi) Avrasiya layihəsində istifadə edilib.

VƏTƏN qrupu tunelin ən dərin nöqtəsinə – 106 metrə dərinliyə enərək işləri yerində lentə alıb. Daha sonra isə dünyanın ən böyük tunelqazma maşınının gəldiyi son nöqtəyə qədər çıxdı. İki mərtəbədən ibarət inşa edilən tunelin üst qatı Avropa-Anadolu istiqaməti, alt qatı isə Anadolu-Avropa istiqaməti olacaq.

Tunel üçün 4 min 500 ildən bir ola biləcək zəlzələyə qarşı dayanaqlar Yaponiyada xüsusi olaraq hazırlanır. Burada tunel tikintisində çalışan işçilər üçün 3 yaşayış otağı yerləşir. Tunelin enerjisi həm Avropa, həm Asiya yaxasında təmin olunur.

📷

4 avrasya avrasya_tuneli-1 avrasya_tuneli avrasya_tuneli-2 avrasya_tuneli-3 avrasya_tuneli-4 avrasya_tuneli-5

Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930