Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avropada uçuş zamanı telefonlardan istifadə etməyə icazə verilib

Oktyabr 01
16:40 2014

“Sələf Xəbər” utro.ru xəbər saytına istinadən xəbər verir ki, indi uçuş zamanı mobil telefonlar və digər bənzəri cihazlardan istifadə etmək olar. Bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi bəyanat yayıb.

Agentlik etiraf edib ki, elektron cihazlar uçuşun təhlükəsizliyi üçün təhdid deyil. Bu vaxta qədər sərnişinlər uçuşdan əvvəl ya telefonları söndürməli, ya da onları mobil şəbəkənin işini dayandıran xüsusi rejimə keçirməli idilər.

Buna baxmayaraq bildirilir ki, hər bir hava yolları şirkəti elektron cihazların öz təyyarələrinin göyərtəsində istifadə olunmasının nə qədər təhlükəsiz olduğunu müstəqil şəkildə dəyərləndirməli və əmin olmalıdır ki, cihazlardan yayılan siqnallar hava gəmisinin sisteminin işinə təsir etmir.

Beləliklə, yeni qaydaların bəzi aviaşirkətlər tərəfindən tətbiq olunması vaxt ala bilər.

Digər xəbərlər

ARXİV

İyul 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031