Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avto-təyyarənin ilk görüntüsü – VİDEO

İyul 28
16:15 2015

Bəzi mənbələrə görə isə bu avto-təyyarənin 1:10 miqyasında modeli artıq hazırdır.

Qeyri-adi təyyarələrin istehsalı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkəti uçan avtomobil-təyyarənin ilk görüntülərini yayıb.

“Sələf Xəbər” “a24.az”-a istinadən xəbər verir ki, “Terrafugia TF-X” avtomobil-təyyarəsi hələlik yalnız 3D layihəsində mövcuddur. Bəzi mənbələrə görə isə bu avto-təyyarənin 1:10 miqyasında modeli artıq hazırdır. Modelin əsas fərqləndirici xüsusiyyəti şaquli uçuş və eniş imkanının olmasıdır.

Qeyd edək ki, mütəxəssislər “Terrafugia TF-X” avto-təyyarənin 10 il müddətində hazır olacağını bildiriblər.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Mart 2021
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031