Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avtobuslar xüsusi zolaqlarda hərəkət edəcək

May 28
17:32 2016

Paytaxtda avtobuslar üçün ayrıca zolaqlar yaradılacaq.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək və tıxacların aradan qaldırılmasını təmin etmək üçündür.

“Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib. Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edir”, – deyə N.Allahyarova vurğulayıb.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah-Təala bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930