Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avtomobil sərxoş sürücünü qəbul etməyəcək – YENİLİK

İyun 11
14:45 2015

ABŞ-da düşünülmüş və avtomobillərin sükanı arxasına yerləşdirilmiş yeni elektron sistem toxunuş və nəfəs qəbulediciləri ilə sürücünün spirtli içki qəbul etdiyini təsdiqləyərsə, avtomobil kilidlənir və maşını idarə etmək mümkün olmur.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, Amerika mütəxəssislərinin hazırladıqları bu elektron sistem avtomobil qəzalarına son qoyacaq. Sürücülər içkili olduqda sistem işə düşəcək.

Əvvəlcə avtomobili işə salmaq üçün sükan arxasına yerləşdirilmiş elektron sistemlə spirtli içki testindən keçmək lazımdır. Nəfəs sensoru qandakı alkoqolu ölçür və sürücü spirtli içki qəbul etmiş olarsa, maşın hərəkət etmir.

2008-ci ildə başlayan layihənin yaxın beş ildə istifadəyə verilməsi planlaşdırılır.

Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə də, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Uca Allahın sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər

ARXİV

Mart 2021
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031