Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Avtomobil üçün Wi-Fi modem

Mart 05
18:19 2015

Hazırda Barselonada davam edən Dünya Mobil Konqresində ən son mobil texnologiyalar nümayiş olunur.

“Sələf Xəbər” Gün.Az-a istinadən xəbər verir ki, onlardan biri də Huawei şirkəti tərəfindən nümayiş olunan CarFi sistemidir.

Bu, avtomobil üçün nəzərdə tutulmuş və 4G LTE şəbəkəsini dəstəkləyən qurğudur. Bu qurğu avtomobildə İnternetə çıxış imkanı yaradır və eyni vaxtda 10 cihazı İnternetlə təmin etmək qabiliyyətinə malikdir. CarFi söndürülmüş halda olduqda ondan şarj aləti kimi istifadə etmək mümkündür.

Bakcell şirkəti özünün rəsmi Facebook səhifəsində Dünya Mobil Konqresindən ən son yenilikləri təqdim edir. CarFi haqqında videoya bu linkdən baxmaq olar: https://www.facebook.com/video.php?v=914885115223284

 

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031