Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

.az domenində saytların sayı 10 faiz artıb

Oktyabr 09
10:41 2014

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, .az milli domen zonasında qeydə alınan saytların sayı 22 764 ədəd təşkil edib. Bu barədə WHOIS saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında qeydə alınan saytların sayı 10 faiz artıb. Qeydə alınan saytların ümumi sayından 21 190 ədədi domendə qeydə alınan birinci səviyyəli resursların payına düşür.

Bu, cari ilin əvvəlinə olan göstəricini 9,5 faiz üstələyir. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 966 sayt (artım 22,5 faiz) qeydə alınıb.

Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Bu domendə 177 internet saytı qeydə alınıb. 2014-cü il yanvarın 1-nə olan göstərici ilə müqayisədə .edu.az domenində qeydə alınan saytların sayı 3,28 faiz azalıb.

Dünya statistikasına görə, dünyada aktiv domen adlarının ümumi sayı 230 milyonu ötür. Daha sıx zona .com hesab edilir. Orada 115,4 milyondan artıq internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Bu domendə 15,2 milyondan çox aktiv ad var. Üçüncü yerdə .de-dir. Orada təqribən 13,78 milyondan artıq sayt var.

Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031