Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycan dili “Gmail” poçt xidmətinə inteqrasiya edildi

İyul 11
09:04 2014

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Google” şirkətinin etdiyi yeniliklərdən xəbər verir.

“Google” şirkəti universal ünsiyyət üsulu olan elektron poçt xidmətində bir vacib maneəni aradan qaldırmaq niyyətindədir. Şirkətdə elektron poçt vasitəsi ilə ünsiyyətin tam universal olması üçün tədbirlər görülür.

Bu günədək “Gmail” 58 dildə fəaliyyət göstərirdi və korporasiyanın bloqunda dil çeşidinin 71-dək artacağını bildirən məlumat yerləşdirilmişdi.

Bu cür geniş dil çeşidi internet istifadəçilərinin 94 faizini əhatə edir. “Gmail” ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.

Bundan başqa, siyahı afrikaans, erməni, çin (Qonhonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laoss, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.

Bütün 13 dil artıq “Gmail” poçt servisinin veb-versiyalarında və martfon üçün əlavələrində təqdim edilib.

Digər xəbərlər

ARXİV

Aprel 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930