Azərbaycan ən çox siqaret çəkən ölkələr sırasında
845 dəfə baxılıb
Siyahıya Çernoqoriya başçılıq edir.
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, spirtli içki ilə yanaşı ən çox siqaretdən istifadə edən ölkələr də Şərqi Avropada yerləşir.
Oxu.Az xəbər verir ki, ən çox siqaret çəkən ölkələrin siyahısına Çernoqoriya başçılıq edir. Burada hər yetkin vətəndaşa ilə 4 min 124 siqaret düşür, bu da günə 11,3 siqaret deməkdir.
Statistikaya əsasən, ilk beşliyə həmçinin Belarus, Livan, Makedoniya və Rusiya daxildir.
Azərbaycan bu siyahıda 13-cü yerdədir.
İlk iyirmilik belədir:
1. Çernoqoriya
2. Belarus
3. Livan
4. Makedoniya
5. Rusiya
6. Sloveniya
7. Belçika
8. Lüksemburq
9. Çin
10. Bosniya və Herseqovina
11. Çexiya
12. Qazaxıstan
13. Azərbaycan
14. Yunanıstan
15. Cənubi Koreya
16. Avstriya
17. İordaniya
18. Ukrayna
19. Estoniya
20. Macarıstan
Əhalisi ən az siqaret çəkən ölkə Qvineyadır.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir.
Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.
Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.
XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə) Peyğəmbər (ona Allahın salavat və salamı olsun) həmçinin israfçılığı da qadağan edib.
Tibb sübut edir ki, siqaret çəkmə sağlamlığa ziyan vurur,və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, bunu da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin)