Azərbaycan görmə məhdudiyyətli insanlar üçün planşet kompyuterlər ixrac edəcək
Aprel 19
17:42
2016
797 dəfə baxılıb
Danışıqların aparılması planlaşdırılır.
Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün “Braille Pad” planşet kompyuterlər ixrac edəcək.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Braille Pad” layihəsinin rəhbəri Rəşid Əliyev deyib.
Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə “Braille Pad” ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.
R.Əliyev qeyd edib ki, kütləvi istehsala Çində başlamaq nəzərdə tutulub:
“Buna böyük maliyyə vəsaiti tələb olunur. Hesablamalarımıza görə, bu vəsait 1,5 milyon dolları ötə bilər”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)