Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycan ikinci peykini orbitə buraxmağa hazırlaşır

Fevral 22
17:12 2016

Azərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb.

“Sələf Xəbər” ATV.az-a istinadən məlumat verir ki, bunu “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

D.Bədirxanovun sözlərinə görə, proses ilə yaxından tanış olmaq üçün ASC-nin əməkdaşları ABŞ-da “Space Systems Loral” (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.

Peykin dizaynı orta və ağır geostasionar və yüksək eliptik telekommunikasiya peyklərinin hazırlanmasında istifadə edilən 1300 seriya (SS/L 1300) platforması əsasında həyata keçiriləcək. İkinci peyk proqramı Kanadanın “Export Development Canada” (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.

Peyk Azərbaycan tərəfindən “Intelsat” beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək. “Azerspace-2” peykinin xidmət zonasına Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

“Azerspace-2” geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək və rəqəmsal tele-yayım xidməti göstərmək üçün, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi, VSAT çox xidmətli şəbəkənin yaradılması və s. üçün nəzərdə tutulub.

Sələf Xəbər: Uca Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Qurani-Kərim, “Mülk” surəsi, 3,4-cü ayələr)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031