Azərbaycan sabah yay vaxtına keçir
927 dəfə baxılıb
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, mart ayının sonuncu bazar günü, yəni martın 29-da saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.
Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Sələf Xəbər: Uca Allah buyurur: “O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allah dərgahına yüksəlib ona daim savab qazandırır)”. (Qurani-Kərim, “İbrahim” surəsi, 25-ci ayə)