Azərbaycan və Türkiyə saytlarına ermənilər kiber hücumlar təşkil edib
928 dəfə baxılıb
Yalnız bir sayt kiber hücuma məruz qalıb.
Xüsusi Dövlət Mühafizə Xidmətindən kiber hücumlarla bağlı açıqlama verildi.
“Dünən axşamdan başlayaraq düşmən ölkənin kiber qruplaşmaları tərəfindən Az-netin bütün adminlərinə hücum təşkil edilib”.
“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin rəhbəri Tural Məmmədov bildirib.
O vurğulayıb ki, Mərkəzin apardığı araşdırma və müşahidə tədbirləri nəticəsində 23-dən 24-nə keçən gecədən Ermənistan höküməti qondarma “soyqırımın” 100 illiyi ilə əlaqədar erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumlar daha aktiv həyata keçirilib: “Azərbaycanın, o cümlədən Türkiyənin dövlət və özəl sektoruna aid 1300-ə yaxın saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumlar təşkil edilib. Ümumilikdə Azərbaycana edilən hücumlar nəticəsiz qalıb və yalnız ölkəmizə aid bir özəl sayt dağıdılıb. Hazırda bu hücumların aktivliyi dünən axşama nisbətən azalıb”.
Tural Məmmədov deyib ki, Mərkəz olaraq mümkün kiber hücumların qarşınının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri bir daha diqqətli olmağa çağırırıq: “Düşmən ölkə kiber hücumlar zamanı qondarma “soyqrımı” mesajını yaymaq üçün digər ölkələrin saytlarına da eyni hücumları təşkil edirlər”.