Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycan yeni milli domen əldə edə bilər

Sentyabr 25
19:55 2015

Azərbaycan yüksək səviyyəli 3 hərfli milli domenin – AZE – ölkəyə göndərilməsi məsələsini qaldıra bilər.

“Sələf Xəbər” Milli.Az-a istinadən məlumat verir ki, bu barədə İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.

Onun sözlərinə görə, 10 ildən artıq müddətdən əvvəl təşəbbüs göstərilən yuxarı səviyyəli 3 hərfli milli domenlərin tətbiqi məsələsi yenidən aktivləşib və Domen Adlarının Verilməsi Təşkilatı (ICANN) səviyyəsində müzakirə edilir.

Y.Hacıyev qeyd edib ki, bu məsələ hələ müzakirə mərhələsindədir və onun həlli üçün ümumi yanaşma prinsipi hazırlandıqdan sonra ölkələrin nəzərinə çatdırla bilər: “Domenin administratorunun kim (dövlət, özəl və ya QHT) olacağı hələ bəlli deyil. Bütün bu məsələlər dəqiq tənzimlənməlidir. Mexanizmlər hazırlandıqdan sonra Azərbaycan digər ölkələr kimi yüksək səviyyəli 3 hərfli milli domeninin göndərilməsi məsələsi üzrə müraciət edə bilər. İndiki halda söhbət AZE domenindən gedir”.

Y.Hacıyev əlavə edib ki, yeni domen zonasından istifadə internetin milli seqmentlərinin genişləndirilməsi məqsədlərinə xidmət edəcək.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031