Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda ən populyar axtarış sistemi bəlli oldu

Noyabr 05
11:29 2014

“Sələf Xəbər”-in mincom.gov.az saytına istinadən məlumatına görə, Global Stats Analitik şirkətinin təhlillərinə əsasən, Azərbaycanda ən populyar axtarış sistemi hazırda “Google.az”-dır.

Bu axtarış sisteminin bazar payı 64,46 faizdir. İkinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4 faiz bazar payı ilə “Google.com.tr” tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə “Yandex.ru” mövqelərini möhkəmləndirib.

Sonrakı yerləri “Bing” və “Mail.ru” bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı 28,22 faiz təşkil edib.

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) “Windows”-dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz təşkil edir.

İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və “iOS” əməliyyat sistemləri bərqərar olub.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930