Azərbaycanda əsgərliyə getmə yaşı dəyişdirilə bilər
1. 006 dəfə baxılıb
Müdafiə Nazirliyi rəsmisi məsələyə aydınlıq gətirdi.
Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda, hərbi xidmətə çağırışla əlaqədar “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, polkovnik Murad Həmidov “12 illik ümumi təhsilə keçidlə bağlı hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilərmi” sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”.(Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)