Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda Facebook istifadəçilərinin sayı 23,3 faiz artıb

Noyabr 04
14:11 2014

“Sələf Xəbər”-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, son bir ildə Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, Youtube və Twitter sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

Bu barədə məlumatı Global Stats statistik mərkəzi təqdim edib.

Ölkəmizdə Facebook sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.

İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə Youtube sosial şəbəkəsi tutub.

Üçüncü yerdə 2,24 faiz bazar payı ilə Twitter sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

Odnoklassniki şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031