Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda ilk dəfə gözdən əlillər üçün Brayl əlifbası ilə Qurani-Kərim – FOTO

İyul 16
13:44 2015

Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, İranın və Türkiyənin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.

O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.

M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: “Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin tapşırığı ilə dini kitabların çap olunmasına əlavə vəsaitlər ayrılır. Kitab çapı üçün ayrılmış vəsaitin bir qismi Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.

Komitə sədrinin fikrincə, İslami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm rol oynayır: “İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən olan akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması əlamətdar hadisədir.

📷

book_presentation_160715_01

Sələf Xəbər: Uca Allah buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız”. (Qurani-Kərim, “Zuxruf” surəsi, 3-cü ayə).

“Rəbb, Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edilmişdir ki, insanlar Kitabı anlaya bilsinlər. Allah onun qavranılmasını asanlaşdırmış və qulları üçün əlverişli etmişdir ki, onlar onun sözlərini başa düşsünlər və onlarda əks olunmuş mənanı anlasınlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930