Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda internet tariflərinin azaldılmasına yardım edilir

Fevral 09
18:06 2015

Özəl provayderlərin inkişafı üçün rəqabət mühitinin yaxşılaşdırılması və şəraitin yaradılması Azərbaycanda internet xidməti üzrə tariflərin gələcəkdə azalmasına yardım edir.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirlik dövlət operatorlarına özəl internet xidməti tədarükçülərinin üzləşdiyi problemlərin həllinə kömək etməyi və inkişaf üçün zəuri şəraitin yaradılmasını tapşırıb: “Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi son istifadəçilərə göstərilən internet xidmətinin kefiyyətinin və istifadə imkanlarının artmasında xeyli rol oynayır”.

Nazirlikdən qeyd ediblər ki, hazırda Azərbaycanda genişzolaqlı qoşulmanın qiyməti orta əmək haqqının təqribən 2 faizinə bərabərdir: “Bu da orta dünya göstəricisindən 3 dəfə aşağıdır. Biz bununla kifayətlənmək niyyətində deyilik və bu baxımdan işlər davam etdiriləcək.

Əsas məqsəd internet xidmətinin genişləndirilməsi üçün rəqabət mühitinin yaxşılaşdırılması və özəl biznesin cəlb edilməsidir. Bu, yekunda son istifadəçilər üçün tariflərin gələcəkdə azalmasına yardım edir”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930