Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda internet üçün böyük təhlükə

Noyabr 21
16:14 2014

Son zamanlar internetin Azərbaycan seqmenti üzərində bir sıra spam və zərərli faylların tranzaksiyasında aktivlik müşahidə olunur.

“Sələf Xəbər” milli.az-a o da Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) xəbərində deyilir.

Müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən, müxtəlif “mail hosting” və “mail” istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə “my new photo” mövzusu ilə və “my_photo.zip”, “iphone_photo.zip”, “photo.zip”, “transact_store.zip” bu kimi digər əlavələrlə (attachment) viruslu məktublar göndərilir.

Aktivliklə əlaqədar CERT bütün e-mail istifadəçilərini diqqətli olmağa çağırır və e-mail istifadəçilərini bu kimi “mail”ləri açmaması və dərhal silməsi üçün xəbərdarlıq edir.

Bu kimi “mail”lərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur.

Digər xəbərlər

ARXİV

Aprel 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930