Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda şagirdlər üçün ilk 3D formatlı kitab

Sentyabr 14
16:37 2015

Azərbaycanda orta məktəb şagirdləri üçün yeni elektron dərslik hazırlanıb.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu il 6 və 7-ci siniflər üçün “Biologiya” fənni üzrə elektron dərslik hazırlanıb. Bu vəsait tamamilə yeni olan müasir standartlarla hazırlanmış videolarla zənginləşdirilib. Bu videoların hamısı dərs formatında komplektləşdirilib: “Burada heyvanlar, bitkilər 3D formatda, real həyatdan çəkilmiş videolarla təqdim olunur. Artıq bir neçə gündür ki, bu videolar internetdə yerləşdirilib. Onlar təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”.

Bu videoların böyük üstünlüklərə malik olduğunu deyən E.Əmrullayev əlavə edib ki, müəllimlər dərslərə hazırlaşarkən onlardan aktiv şəkildə istifadə edə bilərlər: “Burada şagirdlər də yalnız adlarını bildikləri heyvan və bitkiləri tam canlı şəkildə görə bilirlər. Bu da uşaqların motivasiyasına çox ciddi təsir edir”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930