Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda tələbə qəbulunda yenilik edildi

May 15
13:15 2015

Gələn ildən Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv ediləcəyi və ödənişli yerlərin sayının təhsil müəssisələri tərəfindən verilən sifarişə əsasən müəyyənləşdiriləcəyi nəzərdə tutulur.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Qəbul planı yerlərinin yalnız dövlət sifarişi üzrə müəyyənləşdiriləcəyini deyən Y.Piriyevin sözlərinə görə, qeyd edilən məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında da nəzərdə tutulub: “Gələn ildən başlayaraq, qəbul planında ödənişli əsaslarla plan yerləri ayrılmayacaq. Bu yerlərin sayını universitetlər potensial imkanlarına uyğun olaraq, özləri müəyyənləşdirərək formalaşdıracaqlar”.

Y.Piriyev qeyd edib ki, universitetlərə ödənişli əsaslarla tələbə qəbulunun aparılması üçün onların elmi-pedaqoji potensiallarına, maddı-texniki və tədris-laboratoriya bazasına müvafiq olaraq ixtisaslar üzrə maksimal hədd müəyyənləşdiriləcək: “Onlar bu plandan çox tələbə qəbulu apara bilməyəcəklər. Hazırda tələbə qəbulu planının formalaşdırılmasının yeni mexanizmi işlənilir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930