Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda ürək əməliyyatında yenilik

Sentyabr 23
16:36 2014

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə “kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı” (TAVİ – transcatheter aortic valve implantation) həyata keçirilib.

Əməliyyat ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Klinikada baş həkim, ürək-damar cərrahı, dosent Kamran Musayev və komandası tərəfindən icra edilib. Əməliyyat 79 yaşlı qadın üzərində aparılıb.

Ürəyin qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər geniş yayılıb. Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə protezləşdirilməsidir. Xüsusilə, yaşlı və ciddi riskli xəstələrdə bu metod effektiv bir metod kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla əməliyyatın riski olduqca yüksəkdir.

K.Musayevin verdiyi məlumata görə, TAVİ adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ-da 2007-ci ildən etibarən tətbiq olunur: “Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metodu ilə xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq proseduralarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Bu əməliyyat üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatlara başlamaq üçün hazırlaşırdıq”.

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930