Azərbaycanda vulkan püskürdü
Yanvar 26
16:49
2016
871 dəfə baxılıb
Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.
Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl – 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər”. (Qurani-Kərim, “Ənam” surəsi, 65-ci ayə)