Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda yaxın zamanlarda ağciyər transplantasiyası da mümkün ola bilər

Fevral 14
16:48 2015

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Azərbaycan Tibb Universitetindən (ATU) verilən məlumata görə, “Orqan transplantasiyası” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinika var. Ölkədə orqan transplantasiyası əməliyyatlarında, əsasən, canlıdan canlıya qaraciyər, böyrək köçürülür:

“Təəssüflər olsun ki, ağciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda, yəqin ki, buna da nail olacağıq”.

Ə.Əmiraslanov bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin, ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930