Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda yaya nə vaxt keçiləcək?

Mart 05
15:45 2015

Azərbaycan ərazisində yay vaxtına keçiləcək gün açıqlandı.

Saatlar 1 saat irəli çəkilir.

Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblər bir saat irəli çəkilir: “Bu il də martın 29-da gecə saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək”.

Komitədən, həmçinin, bildiriblər ki, hər il oktyabr ayının son bazar günü saat 05:00-da isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930