Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda yeni külək elektrik stansiyası yoxlanılır

Avqust 24
17:10 2015

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) “Yeni Yaşma” elektrik stansiyasında yoxlanış işləri aparır.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin mətbuat xidməti xəbər verib.

Mətbuat xidmətindən stansiyanın yaxın zamanda bütün gücü ilə işləyəcəyi bildirilib: “Hal-hazırda stansiyanın 20 turbinindən 18-i yoxlanılır. İşlər başa çatdıqdan və turbinlər sistemə qoşulduqdan sonra stansiya bütün gücü ilə işləyəcək”.

“Yeni Yaşma” külək elektrik stansiyası 50 meqavat istehsal gücünə malikdir və Xızı rayonunda yerləşir.

İlkin araşdırmalara görə, yaxın 5 il ərzində Azərbaycanda 100-ə qədər bu tipli stansiyanın qurulması planlaşdırılır.

Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) 2013-cü ilin fevral ayında yaradılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır”. (Qurani-Kərim, “Casiyə” surəsi, 5-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031