Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycandakı qonaqlar üçün GoMap-dən yenilik!

İyun 17
15:14 2015

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən I Avropa Oyunları ərəfəsində turistlərin Bakı şəhərində rahat hərəkət etmələri və istədikləri yerləri tapa bilmələri məqsədilə GoMap.az navioqasiya sistemi əsasında mobil qurğular üçün proqram təminatı hazırlanıb.

“Sələf Xəbər”in Atv.az-a istinadən məlumatına görə, proqram İOS və Android sistemləri üzərində işləyən qurğulara yüklənə bilər. Proqramı yükləmək üçün gomap.az/apps ünvanından istifadə etmək olar. Naviqator həm avtomobil, həm də piyada hərəkəti zamanı istənilən məntəqəni göstərir. Bu zaman naviqator hansı yollardan istifadə etməyi, yol hərəkəti nişanlarına riayət etməyi, lazım olan yerdə dönməyi vizual olaraq göstərir. Həmçinin, ətrafda olan restoran, muzey və digər obyektlər haqqında da məlumatdan istifadə edilə bilir.

Xatırladaq ki, www.gomap.az dünyaca məşhur olan onlayn xəritə sistemlərinə bənzər onlayn naviqasiya xidmətlərini göstərir. Sayt nəinki bu və ya digər obyekt və küçənin harada yerləşdiyini göstərir, birbaşa öz yerini təyin etmək xüsusiyyəti, mobil versiyadan yararlanmaq, hətta turist marşrutlarını və müəssisələrin geniş kataloqunu da nəzərdən keçirməyə imkan verir.

Regional elektron xəritə və naviqator “GoMap” “Bakı 2015” Avropa Oyunları üçün yeni servisləri təqdim edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış “GoMap”.Az-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.

“Bakı 2015” Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə (gomap.az/baku2015) mümkündür.

Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.

Bundan başqa, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz “Yollar” offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən (gomap.az/apps) hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı tıxac vəziyyətini də izləmək olar.

Yeni servislərdən biri də Bakı şəhərində tıxac haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir “GoMap”.Az istifadəçisi Azərbaycanın hər bir yolunda olan tıxac vəziyyəti ilə tanış ola bilər.

Hazırda “GoMap”.Az elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları əks etdirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031