Azərbaycanın namazlıq xalçaları ilk kitaba düşdü
952 dəfə baxılıb
Kitab 395 səhifədən ibarətdir ki, onun 221-i ingilis, 174-ü isə ərəb dilindədir.
İstanbulda İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə Araşdırma Mərkəzi “Əl işi olan namazlıq xalçalarının tarixi” adlı kitabının birinci hissəsini nəşr edib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, kitab bu sahədə unikal hesab olunur.
Kitab 395 səhifədən ibarətdir ki, onun 221-i ingilis, 174-ü isə ərəb dilindədir. Nəşr illyustrasiyalarla zəngindir. Şəkillərdə müsəlman ölkələrinin namaz üçün ipək, yun və pambıq xalçaları əks olunub. Bu ölkələr Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, Misir, Mərakeş, Tunis, Əlcəzair, Mavritaniya və Küveytdir.
“Əl işi olan namazlıq xalçalarının tarixi” kitabı namazlıq xalçalarına həsr olunmuş ilk akademik işlərdən biridir.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)