Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanın pilotsuz mini uçuş aparatı

May 19
13:44 2015

Azərbaycan mühəndisləri “Smartplane” adlı pilotsuz mini uçuş aparatı hazırlayıb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, layihə “Yüksək Texnologiyalar Parkı” MMC (YTP) tərəfindən dəstəklənib və bütün işlər orada aparılıb.

Azərbaycan mühəndislərinin hazırladığı yeni aparat ərazinin şəklinin çəkilməsində istifadə edilə bilər. Aparatı Android və iOS əməliyyat sistemli portativ kompüter, həmçinin smartfon və planşet kompüter vasitəsilə idarə edilə bilər.

Mühəndislərin sözlərinə görə, Smartplane-in uçuş müddəti 80 dəqiqə, maksimum sürəti saatda 47 kilometr təşkil edir.

Çəkisi 650 qram olan aparat 300 qramlıq yükü qaldıra bilir. Aparatı üzərinə multispektral, termal kamera, hava sensoru və s. yerləşdirməklə işlətmək olar.

Layihəyə investisiya cəlb etmək üçün mühəndislər yaradıcı layihələr üçün nəzərdə tutulmuş “Kickstarter” platformasından istifadə ediblər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930