Azərbaycanın yeni nəhəng enerji layihəsi
1. 016 dəfə baxılıb
Azərbaycan Xəzər dənizi hövzəsində ən iri külək elektrik stansiyası inşa edəcək.
Selefxeber.az “Report”a istinadən bildirir ki, bunu Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov “Renewable Energy World” nəşrinə müsahibəsində bildirib.
A.Bədəlov deyib ki, layihənin ümumi dəyəri 300-330 mln. dollar təşkil edir. Stansiyanın gücü 200 MVt olacaq və bu, il ərzində 200 min kubmetr həcmində qaza qənaət etməyə şərait yaradacaq: “Əvvəlcə planlaşdırmışdıq ki, yüksək platformalar olmadan külək enerjisi təsərrüfatı quraq, amma bu halda layihənin dəyəri iki dəfə artıq olacaqdı”.
Dövlət Agentliyinin sədrinin sözlərinə görə, Xəzər dənizi akvatoriyasında olan bəzi adalarda analoji layihələri reallaşdırmaq təhlükəlidir: “Xəzər dənizində bəzi adalar var ki, onlar çox dayazdır və dənizin səviyyəsinin artıb-azalmasından asılı olaraq onların müvəqqəti yoxa çıxması mümkündür. Bir sözlə, bu adaların bəziləri tələdir”.
A.Bədəlov deyib ki, stansiyanın qurulması ilə xarici şirkətlərin iştirakı təmin edilməklə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olacaq. Artıq layihəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya şirkətləri maraq göstərir.
Qurum rəsmisi deyib ki, layihə stansiyanın tikintisi, platformalar yanaşı yolun tikintisi və paylayıcı şəbəkənin qurulması kimi üç ardıcıl mərhələdən ibarət olacaq. A.Bədəlov layihənin 10 ilə özünü doğruldacağını və bu layihənin regionun turizm potensialının artmasına müsbət təsir edəcəyinə əmin olduğunu deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)