Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Badamın xəstəliklərə qarşı əsrarəngiz sirləri

Fevral 02
15:58 2015

“Sələf Xəbər” alarabiya.net – ə istinadən xəbər verir ki, Amerika araşdırmalarına görə, davamlı olaraq gündəlik badam yemək çəkinin azalmasına kömək edir, xolesterini azaldır və ürəyi qoruyur.

Pensilvaniya Universitetinin tədqiqatçıları artıq çəki, piylənmə və xolesterindən əziyyət çəkən orta yaşlı 50 şəxs üzərində araşdırma aparıb.

Tədqiqatçılar üzərində araşdırma aparılanları iki qrupa bölərək birinci qismə gündəlik 42 qram badam, ikinci qismə isə gündəlik banandan hazırlanmış kətə veriblər. Hər iki qrupun yeməklərinin kalorisinin bərabərliyini də nəzərə almışlar.

12 həftə davam edən tədqiqatdan aydın olub ki, badam yeyənlərin xolesterin səviyyəsi ilə yanaşı qarında, ayaqda və böyür ətrafında olan piy dərəcələri azalıb.

Mütəxəssislər ürək və qan damarları ilə bağlı olan xəstəliklərə qarşı, eləcə də, maddələr mübadiləsinin pozulmasından doğan problemlərin tənzimlənməsi üçün badam yeməyi ən gözəl yol hesab edirlər.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.” (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930