Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bahalı dərmanların aldadıcı təsiri

Fevral 04
09:23 2015

“Sələf Xəbər” dailymail.co.uk saytına istinadən bahalı dərmanların aldadıcı təsiri barədə məqaləni təqdim edir:

Biz həmişə yalnış olaraq fikirləşirik ki, bahalı içkilər ucuz içkilərdən daha dadlıdır. Və 20 funt sterlinqlik dodaq boyasının adi dodaq boyasından daha keyfiyyətli olacağını düşünürük. İndi isə növbə dərmanlara gəlib.
Bu yaxınlarda həyata keçirilmiş bir araşdırma nəticəsində parkinson xəstəliyindən əziyyət çəkən insanların 1000 funt sterlinqlik dərmanların onlara ucuz dərmanlardan daha yaxşı təsir edəcəyini gözlədiyi məlum olub. Nəticə etibarilə, bahalı dərmanlarla müalicə almaları onların simptomlarının yaxşılaşmasına səbəb olub. Məsələ burasındadır ki, dərmanlardan heç biri həqiqi dərmanlar olmayıb.

“Dərmanların” hər ikisi, sadəcə, duzlu sudan ibarət olub. ABŞ-da həyata keçirilmiş araşdırmanın nəticələri, gözləntilərin və pozitiv düşüncələrin sağlamlığı yaxşılaşdırdığı plasebo effektinin təsirini bir daha vurğulayıb.

Sinsinati Universitetinin araşdırmaçıları düşüncə gücünü tətbiq etməyin yollarını axtarıb tapmaqla dərmanları daha effektiv etməyin mümkün olduğunu bildirib. Bu, həmçinin, dərmanların dozasının azalmasına, nəticə etibarilə xərclərin və yan təsirləri riskinin azalmasına gətirib çıxara bilər. Alimlər Parkinson xəstəliyindən əziyyət çəkən 12 kişi və qadına eyni dərmanı iki dəfə vuracaqlarını bildiriblər. Onlara dərmanlardan birinin qiymətinin 1000 funt sterlinq və digərinin qiymətinin isə cəmi 65 funt sterlinq olduğu deyilib.

Məqsəd, qiymətindən asılı olmayaraq, hər iki dərmanın eyni effektə malik olmasını göstərmək olub. Əslində isə, hər iki dərmanın tərkibi sadəcə olaraq, duzlu sudan ibarət olub. Lakin hər iki “dərman” simptomları yaxşılaşdırıb. “Neurology” jurnalının hesabatına əsasən, ilk əvvəl bahalı “dərmanlar” vurulan kişi və qadınların yerişi və duruşu kimi motor bacarıqları və əllərin və barmaqların hərəkətini idarə etmək qabiliyyəti iki dəfə yaxşılaşıb.

“Xəstələrin” gözləntiləri müalicənin effektivliyində mühüm rol oynayır” -araşdırmaçı alim Doktor Alberto Espey bildirib. O, sözlərinə əlavə edib: “Əgər biz müalicənin faydasını artırmaq üçün plasebo effektinin tətbiqi strategiyalarını tapsaq, zəruri dərmanların dozasını və nəticə etibarilə yan təsirlərini azaltmaqla müalicənin faydasını potensial şəkildə artıra bilərik”. Bu üsulun effekti parkinsonlu xəstələrdə xüsusilə güclü ola bilər. Çünki onların əziyyət çəkdiyi simptomlara dofamin hormonunun çatışmazlığı səbəb olur və hər hansı bir şeyi gözləmək bu hormonun səviyyəsini qaldırır.

Plasebo effektinin bütün xəstəliklər zamanı müsbət təsirə malik olduğu qeydə alınıb. Dərmanın işə yarayacağını düşünən insanlar daha az ağrı hiss ediblər. Araşdırmada iştirak etmiş 12 xəstəyə araşdırma bitdikdən sonra hər iki “dərmanın”, sadəcə, plasebo olduğu bildirilib. Doktor Espey deyib: “Xəstələrdən 8-i bahalı dərmanlara böyük gözləntiləri olduqlarını bildiriblər və bu gözləntilərinin səbəb olduğu dəyişikliklər onları təəccübləndirib. Maraqlısı bundadır ki, digər 4 iştirakçı daha bahalı dərmanların böyük fayda verəcəyini gözləmədiklərini bildiriblər və məhz onların simptomlarında az dəyişiklik qeydə alınıb”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?” (Qurani-Kərim, “Zəriyət” surəsi, 20-21-ci ayələr)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031