Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bakı metrosu səs-küysüz işləyəcək

May 18
13:28 2015

“Bakı Metropoliteni” xətlərində relslərin qaynaq prosesində tətbiq edilən texnologiyalar qatarların hərəkətini daha səssiz edəcək.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın “QT-Alüminotermitnaya svarka” MMC-nin baş direktoru Vladimir Lenkin deyib.

Onun sözlərinə görə, Rusiya şirkəti Bakı metrosunda ilk qaynaq işlərini ötən il aparıb: “Ötən ilin sonunda “Bakı Metropoliteni”nin yeni xətlərində ilk qaynaq işlərimizi bitirdik. Öz avadanlığımızı və materialımızı gətirmişdik. Əsas iş işlək relslərin qaynağından ibarət idi”.

V.Lenkin şirkətin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd edib: “Əməkdaşlığımız cari ilin ikinci yarısında da davam edəcək. Məlumdur ki, 2030-cu ilə kimi Bakı Metropoliteninin perspektiv inkişaf planı mövcuddur və biz bu çərçivədə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Yolların mövcud qollarda modernləşməsi planlaşdırılır, belə ki, relslərdə qovşaqlar müxtəlif növ problem yarada bilər. Bundan başqa, məsələnin texniki cəhətdən başqa, sosial tərəfi də var ki, metro daha səssiz olacaq. Bu da vətəndaşların rahatlığını artıracaq”.

O, qeyd edib ki, Azərbaycan şirkət üçün olduqca əhəmiyyətlidir: “Tez-tez “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayırıq və gələcək əməkdaşlığa ümid edirik. Texnologiyalarımız nəinki qatarlara yerin altında, həmçinin şəhərlər arasında da səssiz getməyə imkan yaradır. Bütün işi öz gücümüzlə həll edə, həmçinin avadanlıq və materialla təmin edə, yerli kadrları öyrədə və texniki təminatı həyata keçirə bilərik”.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930