Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bakıda böyük zoopark olacaq – FOTO

Fevral 06
16:47 2016

Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək.

Bakıda tikilməsi nəzərdə tutulan yeni Heyvanat Parkının layihə sənədləri çoxdan hazırlanıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: “İqtisadi cəhətdən imkan yaranan kimi layihənin icrasına başlanılacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Ceyranbatan qəsəbəsindədir. Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək.

📷

 

2e2ec37c471b

01e59759eda9

 

Sələf Xəbər: Uca Allah heyvanların bir ümmət olduğunu buyurur: “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar”. (Qurani-Kərim, “Ənam” surəsi, 38-ci ayə)

Başqa bir ayədə Uca Allah heyvanların da həşr olunacaqlarını bildirir: “…vəhşi heyvanlar bir yerə toplanılacağı zaman”. (Qurani-Kərim, “Təkvir” surəsi, 5-ci ayə)
Hədislər, heyvanlara qarşı rəhmli olanın Allah tərəfindən bağışlanacağına, qəddar rəftarın isə insanı Cəhənnəmə aparacağına işarə edir.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031