Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bakıda “Tesla” avtomobilləri satışa çıxarıldı – FOTO

Yanvar 22
21:51 2015

Ekoloji təmiz avtomobillərdən olan “Tesla” avtomobilləri artıq Bakıdadır.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, bu avtomobilləri “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.

Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyası və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən “GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir.

“GreenCar” MMC-nin tezliklə açılacaq elektrik nəqliyyat vasitələrinin satış Mərkəzində ekoloji təmiz avtomobillərin ilk nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür. “Port Baku Mall”da fəaliyyət göstərəcək “GreenCar” Mərkəzində ilkin olaraq “Tesla Model S” avtomobilləri sərgilənəcək və onların satışı təşkil ediləcək.

Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mərkəzdə təqdim olunan elektrik avtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.

Bakıya gətirilən “Tesla Model S” avtomobillərinin fotosessiyasını təqdim edirik. Avtomobillərin texniki göstəriciləri və satış barədə ətraflı məlumatı Azərbaycan Avtomobil Federasiyasının saytından və “GreenCar” MMC-nin facebook səhifəsindən əldə etmək mümkündür.

📷

 tesla_cars_220115_01

📷
tesla_cars_220115_03
📷
tesla_cars_220115_04
📷
tesla_cars_220115_06
📷
tesla_cars_220115_05

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.

Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930