Bakıda yeni “ağıllı” radarlar quraşdırıldı
Oktyabr 15
18:27
2014
1. 109 dəfə baxılıb
Lent.az-ın avtosfer.az-a istinadən verdiyi xəbərə görə, ötən həftə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni “ağıllı” radarlar quraşdırılıb.
“Ağıllı” radarlar gələn maşınlarla bərabər, həm də gedən maşınların sürətlərini ölçür. Sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar.
Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir. Ekranlı radar həm foto, həm də video çəkir. Yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur.
Dövlət Yol Polisi İdarəsindən day.az-a verilən məlumatda yeni radarların test rejimində çalışdığı bildirilib. “Ağıllı” radarlar yalnız magistral yollarda quraşdırılacaq.