Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Balqabaq tumunun faydaları saymaqla bitmir

Fevral 07
17:50 2015

Qurdları salır, stressin qarşısını alır, ürəyi qoruyur, immun sistemini gücləndirir, yaddaşı qüvvətləndirir, stressin qarşısını alır. Bədən sağlamlığını qorumağa kömək edir. Ürəyin ən yaxşı dostu olan bu qidanın faydalarını oxuyanda qida rasionunuzdan əskik etməyəcəksiniz…

“Sələf Xəbər” Tabloid.az-a istinadən balqabaq tumunun faydalarını təqdim edir:

İmmun sistemini gücləndirir
Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Balqabaq tumu nahardan sonra çərəz kimi də yeyilir.

Ürək sağlamlığını qoruyur
Balqabaq tumu zəngin maqnezium qaynağıdır və gündəlik maqnezium ehtiyacını qarşılayar. Magnezium ürək funksiyalarının yaxşı işləməsinə kömək edir, sümük-diş sağlamlığını qoruyur, bağırsaq və qan damarlarının funksiyalarının yaxşılaşdırır. Maqnezium eyni zamanda infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.

Yaddaşı gücləndirir
Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını qarşılayır, yaddaşı gücləndirir.

Stressin qarşısını alır
Sakitləşməyə ehtiyac duyduğunuz anlarda balqabaq tumunun yaxşı təsir göstərdiyini bilirdinizmi? Balqabaq tumunun tərkibindəki qlutamin turşusu stressin, narahatçılığın qarşısını alır və sakitləşməyə yardım edir.

Daha yaxşı yatmağa kömək edir
Balqabaq tumu həm də bir növ amin turşusu olan triptofandan ibarətdir. Triptofan orqanizmdə serotonin və melatonin hormonunu ifraz edir. Dolayısı ilə gecə rahat şəkildə yatmağa kömək edir. Yatmazdan əvvəl balqabaq tumu yeyin və yuxusuz gecələrə əlvida deyin.

Antienflamatuvar (iltihab önləyici) xüsusiyyəti var
Çiy balqabaq tumu və yağının antienflamatvar (iltihab önləyici) xüsusiyyəti var və bədən sağlamlığı üçün çox əhəmiyyətlidir. Balqabaq tumu oynaq iltihabını müalicə edir. Uzun illərdir ki, parazitləri məhv etmək üçün istifadə edilən balqabaq tumu orqanizmdən bağırsaq qurdlarını xaric edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930