Baş beynin qocalmasını nə ləngidir?
992 dəfə baxılıb
“Sələf Xəbər” bakupost.az-a istinadən xəbər verir ki, internetdən daim istifadə etmək yaddaşın azalması və baş beynin qocalması prosesini ləngidir.
İnformasiyanın axtarışı və onun mənimsənilməsi üçün sürətli təfəkkür lazımdır. Beynin belə məşqi onun xidmət müddətini artırır. Alimlərin fikrincə, internet koqnitiv ehtiyatı artırır və beynin neyronlar şəbəkəsini genişləndirir ki, bununla da beynin qocalma prosesini ləngidir.
“The Times of India” qəzeti xəbər verir ki, bu məlumatları 50-89 yaşında olan 6422 britaniyalı üzərində tədqiqatın nəticələri təsdiq edir. Lakin internetdən həddindən artıq istifadə edilməsi şəkərli diabet və ürək-damaq xəstəlikləri risqinin artmasına gətirib çıxarır.
Ona görə alimlər fəal həyat tərzi ilə informasiya əldə etmə prosesi arasında qızıl ortanı tapmağı məsləhət görürlər
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).